get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell SABAH Karyera Qış Məktəbi layihəsində Qubada təlimlər təşkil edib

calendar 21.02.2018

Azercell Telekom MMC ölkəmizdə təhsilin və tələbələrin inkişafına dəstəyini davam etdirir. Şirkət əməkdaşları II dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində Qubada tələbələrə təlimlər keçiblər. Qeyd edək ki, tədbirdən əvvəl təlimçilər Təhsil Nazirliyində nazir müavinin qəbulunda olublar. 100-ə yaxın tələbənin iştirak etdiyi Qış Məktəbində Azercell şirkətinin peşəkar təmsilçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Suleymanov karyera planlaması, CV və rezume yazılışı, müsahibəyə hazırlıq, təqdimat bacarıqları mövzsunda bilik və təcrübələrini tələbələrlə bölüşüblər. İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar verilib. Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

Qeyd edək ki, Azercell-in SABAH qrupları ilə geniş əməkdaşlığı var. Ötən il ilk dəfə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində də Azercell təmsilçiləri iştirak ediblər. Bundan əlavə Azercellin Tələbə Təqaüd proqramı çərçivəsində Bakı şəhəri üzrə elan olunmuş yerlərin 50%-i Sabah Qruplarına ayrılıb. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə əməkdaşlıq nəticəsində 6 ay müddətində davam edən inkubasiya proqramına seçilən 5 komandadan biri məhz SABAH qruplarının tələbələri olub. 2017-ci ildə SABAH qrupları tələbələri üçün Azercell Plazada tanışlıq səfəri təşkil edilib, onlar üçün “GSM Texnologiyası ilə tanışlıq”, “Məhsulların idarə olunması”, “Öz Brendini Yarat”movzularında qısa sessiyalar keçirilib.

Daha ətraflı məlumat üçün 
news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.