get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell rəsmi olaraq iPhone 7-ni təqdim edir!

calendar 04.11.2016

Bir neçə gün öncə ölkənin lider mobil operatoru Azercell Telekom iPhone 7 və iPhone 7 Plus smartfonlarının Azərbaycanda rəsmi təqdimatçısı kimi abunəçilərinə yeni cəlbedici təklifi barədə elan vermişdir.

Nəhayət, bu gün - 4 noyabr tarixindən etibarən Azercell-in bütün müştəriləri güzəştli şərtlərlə iPhone 7 telefonuna sahib olmaq üçün ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon və 30GB həcmində Hədsiz İnternet paketini əldə edə bilər.

Beləliklə, ən müasir smartfonu əldə etmək istəyən abunəçilər 4 noyabr tarixlərindən Azercell-in Z.Tağıyev 26A, B.Bağırova 2, 28 May 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşıb bu sərfəli  təklifdən yararlana bilər. Onu da bildirək ki, telefonların sayı məhduddur.

Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batareya və suya/toza davamlılığı ilə seçilir.

 

Təklif haqda əlavə məlumat: https://www.azercell.com/az/personal/campaigns/devices/iphone7/