get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Paycell xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqını dayandırır!

calendar 22.04.2020

Lider mobil operator koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində növbəti addımı atır!

 

Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə abunəçilərinə dəstək olmağa davam edir. Azercell aprel ayının 10-dan etibarən Paycell xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqı tətbiqinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. Xatırladaq ki, Paycell xidməti çərçivəsində istənilən Fakturasız Xətt (SimSim) nömrənin balansına 0.2 AZN, 0.5 AZN və ya 1 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Bu təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd etməklə, müvafiq olaraq 9204, 9200 və ya 9202 qısa nömrələrinə mesaj göndərmək kifayətdir.

 

Xidmət haqqında ətraflı məlumatla  https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/ səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

 

 “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə xəbərdar olmaq üçün bizi rəsmi Sosial Media hesablarımızdan izləyin!

 

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell

LinkedIn: https://www.linkedin.com/company/azercell

Twitter: https://twitter.com/Azercell

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.