get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell nüfuzlu ITU Telecom 2015 sərgisində iştirak edir

calendar 14.10.2015

Azərbaycanın mobil rabitə bazarının lider şirkəti Azercell Telekom Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ITU Telecom World 2015 sərgi-konfransında Azərbaycanı təmsil edir.

Azərbaycan və xeyli sayda yerli şirkətin pavilyonları yerləşdirilən sərgidə müxtəlif informasiya-telekommunikasiya  şirkətləri öz xidmətlərini nümayiş etdirirlər. Azercell sərgidə M2M həlləri və Barama Sahibkarlıq və Innovasiya mərkəzinin təqdim etdiyi layihələri  nümayiş etdirib. Şirkətin nümayiş etdirdiyi yeniliklərdən biri olan M2M texnologiyası əsasında yaradılan xidmətlərdir. Sözügedən texnologiya müxtəlif məişət və sənaye sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sənayesi, kommunal xidmətlər və digər sahələrdə tətbiq olunur.


Sərgidə eyni zamanda Barama Sahibkarlıq və Innovasiya mərkəzinin həyata keçirdiyi layihələr iştirakçılara təqdim olunub. Bildirilib ki, 2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz fəaliyyətdə olduğu 5 il ərzində bir çox uğura imza atıb. Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə da əməkdaşlıq edir. Sərgidə Barama İnnovasiya Mərkəzi tərəfindən təqdim edilən Sumaks layihəsi böyük maraq doğurub. Qeyd edək ki, bu layihə evdə Təhlükəsizlik Sistemi gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verir. Məsələn, istifadəçi evdə olmadığı zaman qaz, su sızması, qısaqapanma, elektrik cihazların söndürülməsi və yaxud işə salınması və s. proseslərin baş verdiyi halda sistem tərəfindən avtomatik olaraq mobil telefonuna gələn SMS-lə məlumatlandırılmış olur.

Azercell-in fəaliyyəti və yüksək texnologiyalar əsasında təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər, həmçinin Macarıstanın dövlət nümayəndələri və iri özəl şirkətlərin də diqqətini cəlb edib.  İnnovativ məhsullarla öz abunəçilərini daim sevindirən Azercell ölkəmizin inkişafını, həmçinin, Azərbaycandan kənarda, digər ölkələrdə də geniş təqdim etməyə davam edir.      

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz



Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.