get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell Mobil Nömrə Daşınma xidmətinin tətbiqinə tam hazırdır

calendar 30.11.2012

Hər zaman abunəçilərinin ən son texnoloji yeniliklərdən faydalanmasını təmin edən Azercell ölkədə Mobil Nömrə Daşınma (MND) xidmətinin tətbiqi layihəsində əhəmiyyətli dəstəyini göstərmişdir.
Layihənin uğurlu tətbiqi üçün müxtəlif sınaqlar aparan Azercell şirkəti artıq uzun müddətdir ki, MND xidmətlərinin həyata keçirilməsi üçün tam texniki hazırlıq vəziyyətindədir. Bu layihənin gerçəkləşməsi bütün aidiyyatı tərəfdəşlardan asılı olduğundan, bütün əlaqəli tərəflərin son yoxlamaları aparıldıqdan sonra layihə tam olaraq həyata keçiriləcək. MND xidməti yalnız bir mobil operator tərəfindən müstəqil şəkildə tətbiq edilə bilməz. Layihə yalnız o zaman başlanmış hesab edilə bilər ki, ölkədə fəaliyyət göstərən bütün mobil operatorlar bu sistemə keçid əldə edə bilsinlər.
Hal-hazırda layihənin tətbiqi bütün səviyyədə son yoxlamalar mərhələsindədir və ümid edirik ki, abunəçilər bu sistemdən tezliklə faydalana biləcəklər.
MND ilkin qeydiyyat sistemindən yararlanaraq abunəçiləri bu səhifəyə keçid almağa və yüksək keyfiyyətli rabitə şəbəkəsindən faydalanmağa dəvət edirik.