get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-lə texnoloji yüksəlişə doğru

calendar 30.11.2013

Şirkət yaranmasının 18-ci ildönümü və əsas səhmdarı TeliaSonera tərəfindən dünyada ilk 4G sisteminin tətqbiqinin 5 illiyini qeyd edir.

 

Düz 18 il bundan əvvəl, 15 dekabr 1996-cı ildə təsis edilmiş Azercell Telekom Azərbaycanda ilk GSM operatoru kimi fəaliyyətinə başlayıb. Yarandığı ildən sürətli yüksəliş əldə edən şirlət 18 ildir ki, rəqabətli bazarda özünün lider mövqeyini qoruyub-saxlamağa müvəffəq olub. Bu illər ərzində bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, bir nöqtədə üç xidmət konsepsiyası ilə fəaliyyət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. Hal-hazırda Azercell abunəçilərinin sayı 4,6 milyon nəfəri ötüb keçmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

 

Azercell, həmçinin, bir parçası olduğu qlobal telekommunikasiya qrupunun əhəmiyyətli bir tarixini də qeyd edir. Dekabrın 14-də telekommunikasiya sahəsində çevriliş yaradan 4G texnologiyasının tətbiqinin 5-ci ili tamam olur. Dünyada  4G şəbəkəsini kommersiya əsasında təqdim edən ilk operator Azərbaycanın mobil rabitə bazarının liderinin əsas səhmdarı TeliaSonera olub.

 

İlk dəfə 4G texnologiyası 14 dekabr 2009-cu il tarixində Stokholm və Oslo şəhərlərində tətbiq olunub. Heç bir il keçmədən TV kanalları İsveç Şahzadəsinin toy mərasimini 4G üzərindən canlı olaraq yayımladı. Elə həmin il 4G həm də Finlandiyada təqdim olundu. TeliaSonera bu ölkədə də 4G-ni təklif edən ilk operator oldu. 2013-cü ildə Estoniyada TeliaSonera ölkənin 95% əhatə edən 4G şəbəkəsini qurmağa müvəffəq oldu. Bu gün TeliaSonera 4G xidmətlərini artıq dünyanın 10 ölkəsində təklif edir. İsveç, Norveç və Finlandiya ilə yanaşı,  həm də Danimarka, Estoniya, Latviya, Litva, İspaniya, Moldova və Azərbaycanda da 4G tətbiq edilir. TeliaSonera, həmçinin,  Qazaxıstan və Özbəkistanda 4G vasitəsilə canlı əlaqə yaratmağı bacarıb.


Azərbaycanda da 4G xidmətlərini təklif edən ilk şirkət Azercell Telekom olub. TeliaSonera ailəsinin bir üzvü kimi şirkət 2012-ci ildə yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib.

Azərbaycanda fəaliyyətinin 18-ci ildönümünü qeyd edən Azercell öz öhdəliyinə sadiq qalaraq ölkədə yeni-yeni texnoloji innovasiyalar tətbiq etməkdə davam edəcək. 


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. Hal-hazırda Azercell abunəçilərinin sayı 4,6 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.