get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”

calendar 20.03.2021

“Azercell Könüllüləri” komandası insanlara qayğı və diqqət çağırışlarını əks etdirən, birlik və paylaşma ovqatını gücləndirən Novruz bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Bayram ərəfəsində “Azercell Könüllüləri”nin təşəbbüsü ilə baş tutan “Novruz payı” aksiyasında könüllülər torpaqlarımızın azadlığı uğrunda döyüşüb, bizi doğma Qarabağa qovuşduraraq ən sevincli Novruz bayramını yaşadan cəsur qazilərimizi və şəhid ailələrini ziyarət edib, onlara “Novruz payı” çatdırıblar. Ailələrin siyahısının əldə olunmasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı olub.

Azərbaycanın bütün bölgələrini əhatə edən aksiya çərçivəsində könüllülər 400-dən çox İkinci Vətən Müharibəsi şəhid ailəsi və döyüşlərdə yaralanmış qazilərlə görüşüblər. “Novruz payı” aksiyası üçün toplanmış vəsait hesabına qəhrəmanlarımızın ailələrinə müxtəlif bayram şirniyyatı və Novruz nemətləri ilə yanaşı, gündəlik ərzaq mallarından ibarət sovqat paylanılıb, 50 AZN dəyərində kuponlar təqdim olunub.

Azercell özündə yüksək dəyərləri təcəssüm etdirən, insanları sülhə və dostluğa səfərbər edən Novruz bayramı münasibətilə hər kəsi təbrik edir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 89.3%; ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.