get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell şirkəti “Heç bir uşağı nəzərdən qaçırmayaq” mükafatına layiq görüldü

calendar 30.11.2013

Yarandığı gündən uşaq hüquqlarının müdafiəsi sahəsini daim diqqətində saxlayan Azərbaycan rabitə bazarının lider mobil rabitə operatoru Azercell Telekom növbəti dəfə “Heç bir uşağı nəzərdən qaçırmayaq”mükafatına layiq görülüb. Ümidli Gələcək Gənclər Təşkilatının Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə təsis etdikləri bu mükafat hər il uşaq hüquqları sahəsində geniş fəaliyyət göstərən şəxslər və təşkilatların adlarını müəyyənləşdirir. Mükafatın məqsədi müxtəlif sahələrdə uşaq hüquqlarının müdafiəsi və uşaq problemlərinin həlli istiqamətində çalışan, həmin sahədə inkişafa, yaxşılığa doğru dəyişikliyə və islahatlara nail olmuş təşkilatlar və şəxslərin fəaliyyətini qiymətləndirməkdir. Məlumat üçün bildirək ki, Azercell sözügedən mükafata 2006, 2007 və 2009-cu illərdə də layiq görülüb.

Qeyd edək ki, şirkət fəaliyyətinin ilk günlərindən uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün məlumatlandırma kampaniyaları hayata keçirib, habelə ictimaiyyətin bu sahədə fikir formalaşdırılmasına dəstək olub. Təsadüfi deyil ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin bir çox qismi uşaqlarla bağlıdır. “Uşaq Qaynar Xətti”, Mobil Diş Klinikası, Mobil Göz Klinikası, “De! Dildən-dilə, eldən-elə” şer və hekayə müsabiqəsi, “Çək!” asfalt üzərində rəsm müsabiqəsi, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...”  və s. Azercell-in uşaqların rifahına yönəldilmiş layihələridir. Ötən dərs ilinin əvvəlində isə Azercell-in həyata keçirdiyi sosial layihə çərçivəsində Bakı və regionlar daxil olmaqla, Quba, Mingəçevir, Lənkəran, Şüvəlan, Mərdəkan, Qaradağ, Sumqayıt, Maştağa, Buzovna, Bilgəh, Pirşağı, Türkan və Suraxanıda yerləşən 19 internat məktəbinin 4 000 nəfər şagirdi üçün dərs ləvazimatları ilə dolu məktəbli çantaları təqdim edildi.

Həyata keçirdiyi önəmli sosial layihələrə görə, Azercell eyni zamanda beynəlxalq səviyyədə də bir sıra mükafatlara layiq görülüb. Belə ki, Azercell “Mobil Diş Klinikası” və “Uşaq Qaynar Xətti” korporativ sosial məsuliyyət layihələrinə görə, 2011-ci ildə nüfuzlu Beynəlxalq Biznes Mükafatını (İnternational Business Awards - Stevie) qazanıb. Onu da qeyd edək ki, Azercell fəaliyyət göstərdiyi 17 il ərzində Korporaiv Sosial Layihələrə 14 milyon manatdan artıq vəsait xərcləyib.

 

 

 

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.