get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-in prezidenti TələbəTəqaüdü Proqramı 2015-in qalibləri ilə görüşdü

calendar 13.01.2016

Ölkəmizdə təhsilin inkişafı üçün bir sıra sosial layihələr həyata keçirən Azercell Telekom bu sahədə fəaliyyətini davam etdirir. Şirkətin 2008-ci ildən etibarən tələbələrə təqdim etdiyi Tələbə Təqaüdü Proqramının 2015-ci il üçün nəticələri müəyyən edilib. Yanvarın 12-də  Azercell şirkətinin prezidenti Vahid Mursəliyev Təqaüd Proqramının qalibləri ilə görüşüb və onlara xüsusi sertifikatları təqdim edib. Vahid Mursəliyev qalibləri təbrik edərək, tələbələrə gələcək karyeralarında uğurlar arzulayıb. Bakı və eləcə də rayonlarda yerləşən universitetləri əhatə edən bu proqrama qatılmaq üçün ölkəmizin müxtəlif təhsil ocaqlarından ümumilikdə 1200-dən çox tələbə müraciət edib. Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 24  tələbə Azercell-in Təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu  24 tələbə ali təhsil müddətinin sonunadək Azercell şirkəti tərəfindən hər təhsil ayı üçün 200 AZN məbləğində təqaüd alacaqlar. Bu tələbələr arasında Bakı və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan gənclər yer alıb. Belə ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Dövlət İdarəçilik Akademiyası və Bakıda yerləşən digər təhsil qurumları ilə yanaşı, Gəncə, Mingəçevir, Naxçıvan və Lənkəran Dövlət Universitetlərinin tələbələri də Azercell-in fəxri təqaüdçüləri adına layiq görüldülər.

 

 

Ad, Soyad

Universitet

1

İbrahim Məmmədov

Bakı Ali Neft Məktəbi

2

Rafael Səmədov

Bakı Ali Neft Məktəbi

3

Məhəmməd Zeynalov

Azərbaycan Dövlət Neft və Senaye Universiteti

4

Fatimə Babayeva

Bakı Dövlət Universiteti

5

Tural Əhmədov

Bakı Dövlət Universiteti

6

Nərminə Yahyayeva

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı

7

Natiq Səlimzadə

Qafqaz Universiteti

8

Iradə Əhmədova

Qafqaz Universiteti

9

Fatma Rəcəbzadə

Qafqaz Universiteti

10

Firuzə Səfərova

Qafqaz Universiteti

11

Aysel Muradlı

Qafqaz Universiteti

12

Nigar Əsədova

Qafqaz Universiteti

13

Tərxan Ismayılzadə

Dövlət İdarəçilik Akademiyası

14

Məhərrəm Vəlizadə

ADA Universiteti

15

Həsənova Dilər

Azərbaycan Dövlət Aqrar Universiteti

16

Səfərova Günel

Azərbaycan Texnologiya Universiteti

17

Orxan Məmmədov

Gəncə Dövlət Universiteti

18

Samrin Xanlayev

Mingəçevir Dövlət Universiteti

19

Aytən Mahmudova

Mingəçevir Dövlət Universiteti

20

Rəhim Nəcəfov

Naxçıvan Dövlət Universiteti

21

Əkbər Həsənli

Naxçıvan Dövlət Universiteti

22

Güllü Rəhimova

Naxçıvan Dövlət Universiteti

23

Mədinə Məmmədli

Lənkəran Dövlət Universiteti

24

Aysel Əkbərova

Lənkəran Dövlət Universiteti

 

  Qeyd edək ki, proqramda seçim prosesi bir neçə mərhələdən ibarət olub. İlk mərhələdə proqram üçün müraciət edən tələbələr say məntiq məsələlərindən ibarət yazılı tapşırıqları yerinə yetirib, həmçinin, ingilis dilində müxtəlif mövzularda esselər yazıblar. Son mərhələdə isə tələbələr Azercell şirkətində rəhbər vəzifələrdə çalışan işçi və mütəxəssislərlə üz-üzə müsahibələrdən keçiblər. Nəticədə, bütün mərhələlərdən uğurla keçən tələbələr təqaüd proqramının qalibləri seçiliblər. Tələbə Təqaüdü Proqramının üstünlüyü yalnız maddi dəstəklə bitmir. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edirlər.

 

Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə xüsusi qayğı göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır. Azercell Telekom MMC-nin Dayanıqlılıq strategiyası çərçivəsində keçirilən bu layihə, şirkətin korporativ sosial məsuliyyət fəaliyyətini gücləndirir və cəmiyyətimizin rifahının yüksəlməsinə daha çox töhfə vermiş olur.

 

Azərbaycanın lider mobil operatoru Azercell Telekom bundan sonra da gənc kardrların inkişafına yönəlmiş müxtəlif layihələrə dəstək olacaqdır.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz    


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.