get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-in prezidenti qalib tələbələrlə görüşdü

calendar 25.01.2017

Yanvarın 25-də Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azercellin Təqaüdçüsü adına layiq görülən tələbələrlə görüşüb. Görüşdə çıxış edən Vahid Mürsəliyev bildirib ki, bu proqram nəticəsində tələbələr Azercell-də təqaüd almaqla yanaşı telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər: “Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Sizin üçün tələbə və təcrübə proqramları və bir sıra layihələr həyata keçirilib. Təhsil aldığınız universitetlərlə əməkdaşlıq proqramları imzalanıb. Bütün bunlar təhsilimizin inkişafına yönəlik addımlardı” - deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrin yanında olacağını bildirərək, onlara təhsillərində uğurlar diləyib.

Qeyd edək ki, bu il Azercell-in Təqaüd Proqramının qalibləri sırasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Iqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Xəzər Universiteti, Qafqaz Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, ADNSU, AzTU, Mingəçevir Dövlət Universiteti, AzMİU və Gəncə Aqrar Universitetinin tələbələri yer alıb.
 

Adı, soyadı

Universitet

İxtisas

Rafiq Abbasov

Azərbaycan Dövlət Iqtisad Universiteti

Dünya İqtisadiyyatı

Dunay Xasaylı

Bakı Dövlət Universiteti

Hüquqşünaslıq

Əli Ələkbərli

A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası

Hüquqşünaslıq

Aynur Əsədli

ADA Universiteti

Beynəlxalq elmləri

Səbinə Əzimova

A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası

Kompyuter Elmləri

Günel Abdullayeva

Bakı Dövlət Universiteti

Hüquqşünaslıq

Əzim Həşimov

Xəzər Universiteti

Neft-Qaz Mühəndisliyi

Sultan İsgəndərov

Gəncə Dövlət Universiteti

Kimya-Biologiya müəllimliyi

Hikmət Cəfərli

Qafqaz Universiteti

Kompyuter Mühəndisliyi

RəsuKərimov l

Qafqaz Universiteti

Kompyuter Mühəndisliyi

Məmməd Hacılı

Qafqaz Universiteti

Kompyuter Mühəndisliyi

Zümrüd Məlikzadə

Gəncə Dövlət Universiteti

Riyaziyyat-İnformatika

Kənarə Muradova

Naxçıvan Dövlət Universiteti

Beynəlxalq münasibətlər və xarici dillər

Mustafa Bünyamin

Qafqaz Universiteti

Maliyyə

Tərlan Mustafayev

A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası

Menecment

Məhəmməd Namazlı

ADNSU

Neft-Qaz Mühəndisliyi

Aysel Qarayeva

Bakı Dövlət Universiteti

Hüquqşünaslıq

Könül Qurbanlı

ADA Universiteti

İT və sistem mühəndisliyi

İnci Rzayeva

Naxçıvan Dövlət Universiteti

Beynəlxalq münasibətlər

Asiman Səidzadə

Bakı Ali Neft Məktəbi

Neft-Qaz Mühəndisliyi

Şahin Xəlilov

AzTU

Kompüter mühəndisliyi

Həsən Şirəliyev

A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası

Menecment

Ələddin Şıxızadə

Qafqaz Universiteti

Kompüter mühəndisliyi

Tacirə Cəfərova

Mingəçevir Dövlət Universiteti

İqtisadiyyat və İdarəetmə

Rukiyyə Tağısoy

A.R. Prezidenti yanında Dövlət Idarəçilik Akademiyası

Hüquqşünaslıq

Təhminə Əzimzadə

AzMİU

Memarlıq

Nemət Zülfüqarlı

Gəncə Aqrar Universiteti

Mühasibat Uçotu və audit

Kamilla Nəbiyeva

Bakı Dövlət Universiteti

Beynəlxalq münasibətlər və İqtisadiyyat

 

Qeyd edək ki, Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. Həmin müddətdə Bakı və Bölgə Universitetlərində Azercellin İnsan Qaynaqları mütəxəssisləri tərəfindən təqdimatlar keçirilib. İkinci mərhələdə  iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət olan onlayn tapşırıqla yanaşı ingilis dili tapşırığı verilib. Bundan əlavə tələbələr Azercellin İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər.

Məlumat üçün bildirək ki, Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 130-dan çox tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb.
 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz  

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.