get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in ən populyar kampaniyası qayıdır! 10AZN-a 10GB internet paketi artıq hər bir Azercell abunəçisi üçün mümkün oldu

calendar 30.11.2013

Azərbaycanın mobil rabitə bazarının lider şirkəti olan Azercell Telekom öz abunəçilərinin ehtiyaclarını tədqiq edərək yeni-yeni sərfəli kampaniya və tarifləri uğurla təqdim etməkdədir. Belə kampaniyalardan birinin abunəçilər arasında populyarlığını nəzərə alaraq, şikrət onu yenidən tətbiq etməyə qərar verib. Beləliklə, 11 iyun tarixindən etibarən Azercell təkrarən 10GB=10AZN kampaniyasını bütün abunəçiləri üçün mümkün etdi. Sözügedən kampaniya çərçivəsində abunəçilər data kart alarkən pulsuz data nömrə əldə edəcək və üstəlik 10 GB-lıq paket hədiyyə qazanacaq. Abunəçi 10GB-lıq paketden 10 faktura dövrü ərzində istifadə etməlidir. 10GB bir faktura dövründən tez bitdiyi halda, sürət 128 Kbit/s endirilir və bu sürətlə abunəçi faktura dövrünün sonunadək Internetden pulsuz istifadə edə bilir və beləliklə, ayda 10AZN ödəməklə limitsiz internetdən istifadə etmək imkanı qazanır. 

Kampaniyanın yeniliyi isə ondan ibarətdir ki, abunəçi artıq Data Kart almadan, 10GB-lıq paketə qoşula bilər və smartfon, planşet və yaxud modem kimi istədiyi cihazda istifadə edə bilər.

Azercell bu ilin əvvəlindən etibarən abunəçiləri üçün inanılmaz sərfəli endirim paketləri, analoqu olmayan xidmətlər və xeyli sayda kampaniyalar təqdim edib. Şirkət yaxın günlərdə daha maraqlı yenilikləri ilə abunəçilərini sevindirəcək.

Bu yayı da Azercell-lə daha yaxşı yaşayın!

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.