get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in Mobil Göz Klinikası Lökbatan Sanatoriyasının sakinlərini və Sumqayıtdakı məcburi köçkünləri müayinə etdi

calendar 30.11.2013

Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell  Telekom-un sosial sahədə həyata keçirdiyi növbəti unikal layihəsi olan və yaranması 2011-ci il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən Mobil Göz Klinikası bu gün də uğurla fəaliyyətini davam etdirir. Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edən bu layihə, həmçinin, ahılları və aztəminatlı ailələri əhatə edir. Mütəmadi olaraq  uşaq və ahıllar evinə səfər edən Mobil Göz Klinikasının həkimləri iyulun 2-si  Lökbatan qəsəbəsində yerləşən 39 saylı Kardiorevmatoloji Sanatoriyasında 36 nəfəri müayinə ediblər. Həmçinin, iyulun 3-də Azercell-in Mobil Göz Klinikası Sumqayıtda yerləşən Laçın və Zəngilan rayonlarından olan məcburi köçkünlər üçün sığınacağı ziyarət edərək 36 şəxsi – 31 uşaq və 5 yaşlı insanı müayinədən keçirib.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəbləri, uşaq evlərinə səfər edib. Gəncə, Lənkəran, Qusar rayonlarındakı kimsəsiz uşaq evlərində, Nabrandakı uşaq düşərgələrində məskunlaşan və Qubadan, Xaçmazdan gətirilən görmə qüsurlu uşaqların müayinələri aparılıb. Təkcə ötən il ümumilikdə Mobil Göz Klinkasında 563 nəfər  müayinədən keçib ki, bunun da 519 nəfəri uşaqlar, 44 nəfəri isə yaşlılardı.

Qızmar yay aylarına baxmayaraq Azercell-in Mobil Göz Klinikası yardıma ehtiyacı olan hər kəsin faydası naminə özünün intensiv fəaliyyətini davam etdirir. İyulun 9-da Klinika Qala qəsəbəsindəki məcburi köçkünləri ziyarət edərək onlar üçün göz müayinəsi aparacaq.     

Qeyd edək ki, Azercell 4 il öncə Mobil Diş Klinikasını da istifadəyə vermişdir. Azərbaycanda çox maraqla qarşılanan və populyarlaşan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Azercell-in bu təşəbbüsü o qədər uğurlu oldu ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başladılar.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.