get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in əməkdaşları Təhsil Nazirliyinin həyata keçirdiyi “SABAH” layihəsinə dəstək verir

calendar 30.11.2014

Fəaliyyət göstərdiyi 18 il ərzində Azercell Telekom MMC Azərbaycanda  təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə dəstək verib. Şirkət bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirir. Belə ki, Azercell Telekom Təhsil Nazirliyinin həyata keçirdiyi “SABAH” layihəsinə dəstək verir. Bu layihə çərçivəsində Azercell “SABAH” tələbələri üçün yay təcrübə proqramı təklif edir. Bu layihədə yer alan 5 nəfər tələbə yay təcrübə proqramına cəlb edilərək,  şirkətin Maliyyə, Texnologiyalar, Marketinq ünsiyyət vasitələri və Strateji partnyorluq və müştəri kanalları departamentlərində təcrübə keçmək imkanı əldə edəcəklər. Bundan əlavə, eyni zamanda, Azercell “SABAH”  layihəsi tələbələri üçün müxtəllif təqdimatlar, görüşlər keçirir. Artıq bu təqdimatlardan ikisi baş tutub. Ötən həftə Azərbaycan Texniki Universitetində tələbələrlə görüş keçirilib. Mühazirəçi qismində Azərbaycanda Oracle şirkətinin ən yüksək səviyyəli sertifikatına malik olan 7 nəfərdən biri - Azercell-in təmsilçisi Kamran Ağayev çıxış edib. Kamran Agayev “Oracle Cerified Master imtahanına gedən yol” movzusunda tələbələrlə öz fikirlərini bölüşüb. Görüşün təşkilində əsas məqsəd tələbələrdə Oracle sisteminə maraq oyatmaq, onlara gələcək hədəflərini düzgün müəyyənləşdirməkdə kömək etmək, müvafiq biliklər qazanmaqda yardımçı olmaq idi. O cümlədən, bu işdə praktiki yardım göstərmək üçün azərbaycanlı mütəxəssislərin öz təcrübəsini gənclərlə paylaşmasına şərait yaratmaqdır. Məlumat üçün bildirək ki, Kamran Ağayev ötən il Oracle Master sertifikatını alıb. Onun UNİX-Oracle verilənlər bazasının idarəetməsi sahəsində 7 illik təcrübəsi var. Bir neçə gün əvvəl isə Azərbaycan Dövlət İqtisad Universitetində Azercell-in əməkdaşı Azad Huseynov-un “Biznesin Təhslili” mövzusunda mühazirəsi keçirilib. Mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Azercell təmsilçisi gənclərə gələcək karyeralarında kömək olacaq bəzi məsləhətlər də verdi.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “SABAH” layihəsi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Bu layihə tələbələrə bir sıra üstünlüklər, o cümlədən əlavə müavinət, pulsuz yaşayış yeri və qidalanma, tələbə mübadiləsi proqramlarında iştirak, intellektual və yaradıcı potensialın inkişafı, müasir şirkətlərdə iş təcrübəsi və əlavə təhsil kimi üstünlükləri təmin edir.

Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell-in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell-in prioritet fəaliyyət sahəsi olacaqdır.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.