get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-in dəstəyi ilə “Uşaq qaynar xətt” xidmətinin Gəncə bürosu fəaliyyətə başladı

calendar 30.11.2013

Yarandığı gündən etibarən uşaqlara qarşı özəl diqqət göstərən, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün ictimai məlumatlandırma kampaniyası  hayata keçirən, habelə uşaqların rifahına sərmayə yatıran Azercell Telekom bu gün də bu yöndə sosial layihələrini davam etdirir. Dekabrın 19-da Azercell şirkətinin dəstəyi və “Ümidli Gələcək” Gənclər Təşkilatının təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin Gəncə bürosu fəaliyyətə başladı. 2010-ci ildə Azercell-in dəstəyi ilə Bakıda yaradılan “Uşaq Qaynar Xətt”-nin əsas məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi idi. Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətindən dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalmış, fiziki və əqli cəhətdən əlilliyi olan, qaçqın və məcburi köçkün olan uşaqlar  istifadə edirlər. Eyni zamanda,qaynar xəttinə uşaq məsələləri ilə bağlı böyüklər də zəng edib dəstək və məsləhət əldə edə bilər. Yaradılan qaynar xəttin daha üstün bir cəhəti sözügedən xidmətə müraciət edən uşaqların anonimliyinin qorunmasıdır ki, bu da onların daha səmimi olmasına şərait yaradır.  Digər bir tərəfdən, fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell  nömrələrindən edilən zənglər ödənişsizdir.

            “Gəncə regional Uşaq Qaynar Xətt”i də təcrübəli sosial işçilər, psixoloq və hüquqşünasları özündə birləşdirərək Gəncə şəhəri və ətraf rayonlarda yaşayan uşaq və gənclərə, eləcə də, onların problemləri ilə bağlı müraciət edən böyüklərə müvafiq psixoloji, hüquqi, sosial və digər xidmətlərə çıxışı təmin edəcəkdir.

Fəaliyyət göstərdiyi dörd il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 11 000–dən çox müraciət daxil olub. Qaynar xətt xidmətinə edilən zənglərin sayı hər rüb artmaqdadır. Buna səbəb qaynar xəttə olan etimad, uşaqlar tərəfindən bir-birilərinə ötürülən müsbət təcrübə, habelə Bakı və digər şəhər və rayonlarda aparılan məlumatlandırma kampaniyalarının təşkilidir.

Onu da bildirək ki, “Azərbaycan Uşaq Qaynar Xətti” 2010-cu ildən Beynəlxalq Uşaq Qaynar Xətləri Təşkilatının qlobal şəbəkəsinin tam hüquqlu üzvüdür. Bu şəbəkəyə 143 ölkədən 178 uşaq qaynar xətt xidmətləri daxildir. Beynəlxalq Uşaq Qaynar Xətləri təşkilatının hesabatına əsasən, qaynar xətlərə edilən zənglərin sayı hər il orta hesabla 5% artır.

Ölkənin lider mobil rabitə operatoru Azercell Telekom öz öhdəliyinə sadiq qalaraq bundan sonra da sosial məsuliyyət sahəsində cəmiyyətə öz dəstəyini göstərməkdə davam edəcək.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. Hal-hazırda Azercell abunəçilərinin sayı 4,6 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.