get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib

calendar 31.08.2026

“FutureFem 2.0” layihəsi başa çatıb

Azercell-in dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “FutureFem 2.0 – Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Artırılması” layihəsi başa çatıb.

Layihədə 24 ali təhsil müəssisəsindən 92 tələbə və 8 məzun olmaqla, ümumilikdə 100 gənc qadın iştirak edib. Onlar 6 ay ərzində sahibkarlıq, maliyyə savadlılığı, rəqəmsal marketinq, layihələrin idarə olunması, liderlik və kommunikasiya üzrə təlimlərə qatılıblar. İştirakçılar həmçinin müxtəlif sahələri təmsil edən mentorların dəstəyi öz biznes ideyalarını da hazırlayıblar.

Avqust ayının 28-i layihənin yekun görüşündə seçilmiş 10 komanda ideyalarını hakatonun münsiflər heyətinə təqdim edib.  ”NovaHer” komandası birinci yerə layiq görülərək 3 000 AZN pul mükafatı qazanıb. İkinci və üçüncü yerləri tutan komandalar isə ideyalarını daha da inkişaf etdirmək üçün yerli startap nümayəndələri ilə görüşmək imkanı qazanıblar.

“FutureFem 2.0” Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2025” proqramı üzrə keçirilən sosial layihə müsabiqəsinin qalib təşəbbüslərindən biridir. Proqram qadınların yeni bilik və bacarıqlar əldə etməsinə, iqtisadi imkanlarının genişləndirilməsinə və cəmiyyətin sosial-iqtisadi həyatında daha fəal iştirakına  töhfə verir.

 

 

 

Back Onlayn dəstək
Full view