get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in daha bir Eksklüziv mağazası abunəçilərin ixtiyarında

calendar 29.08.2018

Mağazanın açılışı münasibəti ilə kampaniyada iştirak edib 150 AZN hədiyyə balansı qazanmaq şansını əldən verməyin!

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC 4,5 milyonluq abunəçi ailəsi üçün yeniliklər təqdim etməyə davam edir. Yay fəsli boyu Bakıda və bölgələrdə bir-birinin ardınca yeni eksklüziv mağazalarını abunəçilərinin ixtiyarına verən şirkət bu dəfə Cavadxan küçəsi, 3005 ünvanında yeni konsepsiyasına uyğun növbəti mağazanın açılışını edib. Eksklüziv mağazanın açılışı münasibəti ilə Azercell abunəçilərinə sərfəli kampaniya da təklif edir. Belə ki, yeni mağazadan Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Bir həftə ərzində keçərli olan kampaniya çərçivəsində hədiyyə olaraq təqdim olunan məbləğdən internet xidməti və şəbəkədaxili zənglər üçün istifadə etmək olar. Bundan əlavə mağazada müştərilərə təqdim olunan xüsusi kuponla istənilən aksesuarı 20% endirimlə əldə etmək də mümkündür.

Azercell-in təqdim etdiyi yeni konsepsiyalı mağazalar abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün tələb olunan bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilərə istədikləri məhsulu tədqiq və müqayisə edib seçməkdə peşəkar satış mütəxəssisləri yardım edəcəklər. Bütün yeni konsepsiyalı mağazalarda olduğu kimi, burada da şirkətin müştəri xidmətləri mərkəzlərində həyata keçirilən bir çox əməliyyatların icrası mümkündür. Həmçinin, abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Azercell-lilər həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər mağazaya müraciət edə bilərlər.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30, m. 52, Bəxtiyar Vahabzadə küç., 556/57), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12) , Sumqayıtda (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxıda (Ağamirzəli Əhmədov küç., 1) və Bərdədə (İsmət Qayıbov küç., 8) ünvanında abunəçilərin ixtiyarına verilib

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.