get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in Barama mərkəzindən “Biznes dünyasına giriş”

calendar 30.11.2013

Ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom-un ən uğurlu layihələrindən olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi biznes və sahibkarlıq dünyası ilə maraqlanan gənclər üçün növbəti tədbiri keçirib. Avqustun 2-də “Biznes dünyasına giriş” adlı görüşdə təcrübəli mütəxəsislər tərəfindən tədbir iştirakçılarına innovasiya, şirkət səhmləri və biznesin inkişaf prosesi haqqında danışılıb. Tədbirdə Azercell Telekom MMC-nin əməkdaşı Kamran Səmədli “Strateji İnnovasiya” mövzusu ilə istər gündəlik həyatda, istərsə də biznesdə yeniliklərin edilməsindəki şərtləri tədbir iştirakçıları ilə paylaşıb. “Səhm alqı-satqısı” mövzusu ilə şirkətin əməkdaşı Ağarza Məlikov yeni başlayanlar ilə şirkət səhmləri, onların alqı-satqısı, analitikası və dəyərləndirilməsi haqda təcrübələrini bölüşüb. Təcrübəli sahibkar, GoldenPay şirkətinin və Hesab.az portalının yaradıcısı Fərid İsmayılzadə isə öz təcrübələrindən irəli gələn bir ideyanın startup-dan səhmdar şirkətə qədər olan həyat tsikli haqda tədbir iştirakçılarına məlumat verib.


Məlumat üçün bildirək ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Barama mərkəzinin dəstəyi ilə bir sıra uğurlu layihələr icra olunub. Azərbaycandan və dünyanın müxtəlif yerlərindən olan bir sıra böyük şirkətlərin dəstəyi ilə gənc sahibkarlar üçün müsabiqələr, müxtəlif təhsil və qrant proqramları keçirilib.

Bu günlərdə isə Azercell-in dəstəyi və təşəbbüsü ilə  Barama Mərkəzinin yeni ofisi istifadəyə verildi. Bu mərkəz gələcək sahibkarların ideyalarının daha effektiv reallaşması üçün gərəkli olan avadanlıqlarla təchiz edilib. Yeni ofisdə layihələr çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi üçün iri konfrans zalı mövcuddur. Həmçinin, mərkəz otaqları təlimlərin yüksək səviyyədə baş tutması üçün smart lövhə ilə təmin edilib. Ofisin digər üstünlüyü ondadır ki, burada gənc sahibkarlar günün 24 saatı fasiləsiz olaraq işləyib mərkəzin imkanlarından yararlana bilərlər. Əvvəlki ofisdən fərqli olaraq, yeni mərkəzdə, həm də, Brama layihəsi iştirakçılarının istirahəti üçün oyun zalı yaradılıb.

Azercell hər zaman olduğu kimi, sosial məsuliyyət üzrə öhdəliyinə sadiq qalaraq ölkədə bütün sahələrdə gənc nəslin yetişməsinə şərait yaradır və bütün istedadlı gəncləri Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə dəvət edir. 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.