get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-in 4G sürəti indi Gəncədə!

calendar 15.09.2017

Lider mobil operator Azərbaycanın ikinci ən böyük şəhərinin 99% ərazisini 4G şəbəkəsi ilə təmin etdi.

 

Yalnız paytaxt Bakını deyil, ölkənin bütün bölgələrini yüksək sürətli mobil internet xidmətləri ilə təmin etməyi vəd etmiş Azercell Telekom artıq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə 4G xidmətini abunəçilərinin ixtiyarına verib.  Şəhərdə tam olaraq 23 baza stansiyası quraşdırılıb ki, bu da Gəncənin  99%-inin 4G şəbəkəsi ilə təmin olunması deməkdır.

“Söz verdiyimiz kimi,  Azercell regionlarda da 4G şəbəkəsini qurur və qədim şəhərimiz Gəncədəki abunəçilərimiz artıq bu xidmətdən faydalana biləcəklər. Abunəçilərimizin yüksək sürətli mobil internetə olan tələbatı daim artdığına görə biz ölkə ərazisində 4G şəbəkəsini genişləndirməkdə davam edirik.  Məqsədimiz odur ki, Azercell abunəçiləri bütün ölkə ərazisində yüksək keyfiyyətli xidmət və sürətli internetdən yararlana bilsinlər. Xoş bir məqamı da vurğulamaq istərdim ki, bir neçə gündən sonra, sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə marafon keçiriləcək. Azercell Telekom Gəncə Marafonunun əsas tərəfdaşıdır və biz çalışdıq ki, 4G şəbəkəsini məhz bu möhtəşəm tədbir ərəfəsində həm gəncəlilərin, həm də marafon iştirakçılarının istifadəsinə verək ” – deyə, şirkətin prezidenti Vahid Mürsəliyev bildirib.


 

Ümumilikdə, ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahib olan Azercell mobil internetlə bağlı müsbət dinamikanı davam etdirir. 2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artlb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib. 2017-ci ilin sonuna qədər Azercell Telekom respublikada 127 ədəd 4G stansiyası istifadəyə verməyi planlaşdırıb ki, bunun da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür. Qeyd edək ki, Azercell Telekom şəbəkəsini genişləndirmək və xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, müştəriləri üçün sürətli interneti daha əlçatan və əlverişli etmək istəyir. Bu məqsədilə şirkət öz abunəçiləri üçün müxtəlif qüzəştli tarif paketləri və eksklüziv kampaniyalar təklif edir. Azercell-in xidmətləri və tarifləri haqında daha ətraflı məlumatı www.azercell.com saytından əldə edə bilərsiz.  


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   
 


Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.