Lider mobil operatordan “Kinon” ilə dünyaca məşhur onlayn kinoteatrlar bir arada
“Kinon" tətbiqinin imkanlarını genişləndirən Azercell dekabr ayının 10-dan etibarən xidmətə Wink, Viju və Premier onlayn kinoteatrlarını əlavə edir. Beləliklə artıq “Kinon” eyni anda müxtəlif cihazlarda 240-dan çox yerli və xarici kanalı onlayn izləmək imkanı ilə yanaşı, “Amediateka”, "Premier", "Viju" və "Wink" kimi dünyaca məşhur onlayn kinoteatrları bir platformada birləşdirir.
Yeni istifadəyə verilən “Kinon Plus” abunəsi ilə bütün bu yenilikləri bir abunəlik paketi çərçivəsində əlçatan edir. Ən əsası isə xüsusi kampaniya şərtlərinə əsasən “Kinon Plus”-a qoşulan abunəçilərə xidmətdən ilk 7 gün pulsuz istifadə imkanı və kanalları izləmək üçün 5GB həcmində internet hədiyyə edilir.
“Kinon” xidmətindən yararlanmaq istəyən abunəçilər günlük və aylıq paketlər arasında seçim edə bilərlər. Müvafiq abunəliyi aktiv etmək üçün isə telefonun ekranında USSD kodun yığılması kifayət edir. Paketlər haqqında ətraflı məlumat üçün: Kinon
Qeyd edək ki, “Kinon”dan smartfonlar, Android TV-lər, Samsung Smart TV-lər, planşetlər və s. daxil olmaqla bütün Android və iOS əməliyyat sistemlərini dəstəkləyən cihazlarda yararlanmaq mümkündür. Xidmətdən eyni anda üç müxtəlif cihazda, ən əsası isə 5 fərqli hesab yaradaraq bir abunəlik paketi aktivləşdirərək istifadə etmək olar. Tətbiqi “Google Play” və “AppStore”dan yükləyə bilərsiniz.
“Kinon” ilə Azercell-in rəqəmsal əyləncə dünyasını kəşf edin!
Xidmət haqqında daha ətraflı məlumat üçün Azercell və ya Kinon səhifələrinə müraciət edə bilərsiniz.