get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

“Azercell ilə həyat daha gözəldir” Şirkət yeni şüarını və brend filmini təqdim edir

calendar 30.11.2013

Yarandığı gündən bəri dəfələrlə cəmiyyətimizdə müxtəlif maraqlı konsepsiyalarla çıxış edən Azərbaycanın lider mobil operatoru Azercell Telekom bu günlərdə daha bir maraqlı layihə həyata keçirib. Belə ki, şirkət “Azercell ilə həyat daha gözəldir” şüari altında qısametrajlı filmi ekranlaşdırıb. Müştəri yönümlü yanaşma və ünsiyyət ideyası ətrafında qurulan filmin rejissoru portuqaliyalı Paulo Aresdir. 

Film Azərbaycanın müxtəlif bölgələrində yaşayan, çalışan və oxuyan, lakin Azercell-in vasitəsilə öz ailələri ilə sıx ünsiyyətdə olmaq imkanı qazanan müxtəlif insanlardan bəhs edir. Film sevgini, duyğuları, kədər və xoşbəxtliyi özündə ehtiva edən 1 dəqiqə 58 saniyəlik bir epik əsərdir. Bu dəniz sahilində yaşayan qocaman balıqçı ilə şəhərdə yaşayan müsiqiçi oğlu; dünyaya yenicə uşaq gətirmiş xanımla yüzlərlə kilometr aralı, dənizdə neft qurğusunda çalışan həyat yoldaşı; şəhərdə təhsil alan nəvənin ucqar kənddə yaşayan nənəsi; çay istehsalı məşğul olan ananın taksi sürücüsü işləyən oğlu və həmçinin, iş adamının sevdiyi xanım arasında olan əlaqələrini və bağlılığını göstərən həyacanlı bir həyat yolunu bizimlə bölüşən filmdir. Çəkilişlər 7 gün davam edib və Bakı şəhərinin mərkəzi və ətrafında, eləcə də Lənkəran rayonundakı çay plantasiyalarına gədər uzanan müxtəlif məkanlarda baş verib. Bir maraqlı fakt isə ondan ibarətdir ki, filmdə çəkilən bütün insanlar real personajlardır. Filmdə görkəmli Azərbaycan bəstəkarı Polad Bül-Bül oğlu tərəfindən bəslənən məşhur "Gəl ey səhər" mahnısı yenidən işlənmiş versiyada istifadə olunub. Bu çarxda şirkət, həmçinin, özünün yeni “Azercell ilə həyat daha gözəldir” şüarını  da təqdim edib.

Beləliklə, Azercell-in yeni şüarı və ekranlaşdırılan bu film şirkətin öz müştərilərinə hər zaman yüksək keyfiyyətli xidmət göstərmək əzmində olmasını, daim müştəri yönümlü yanaşmaya üstünlük verməsini, və  məhz bu keyfiyyətlərə görə, ölkənin mobil rabitə bazarında lider mövqe qazanmasını bir daha göstərir.

Sizi də Azercell-in yeni filmini izləməyə dəvət edirik:
https://www.youtube.com/watch?v=h2J2C8zz5Xc&feature=youtu.be


Daha ətraflı məlumat üçün
news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.