get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell I Uşaq Paralimpiya Oyunlarını dəstəkləyir

calendar 06.11.2015

6 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azercell Telekom MMC-nin birgə təşkilatçılığı ilə I Uşaq  Paralimpiya İdman Oyunları keçirildi.

Sumqayıt Paralimpiya Kompleksində baş tutan festivalın açılış mərasimində AR Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya idman növü üzrə əldə olunan nailiyyətlər, həmçinin, bu sahəyə göstərilən diqqət və qayğının

əhəmiyyəti barəsində danışdı, Azercell ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd etdi.

Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev respublikanın ikinci böyük sənaye şəhəri olan Sumqayıtda belə bir Paralimpiya Kompleksinin fəaliyyətindən məmnun qaldığını bildirdi: “50 uşaq və yeniyetmənin müxtəlif idman növləri ilə məşğul olduğu bu komitədə gələcəyin çempionlarının yetişdirilməsinə əminəm. Gənc paralimpiyaçılar əzmkarlıq nümayiş etdirərək yüksək nailiyyətlər əldə edirlər. Onlara dəstək olmaq bizim üçün qururverici və çox önəmlidir. İnanırıq ki, onlar hələ çox yerdə Azərbaycan bayrağını dalğalandıracaqlar.

I Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində müxtəlif zallarda cüdo, boccia, tennis və üzgüçülük üzrə yarışlar keçirildi. Yarışda uğurlu nəticə əldə edən uşaqların mükafatlandırılma mərasimindən sonra qaliblərlə xatirə şəkli çəkdirildi.

Bir ildir yaranan Uşaq Paralimpiya Komitəsinə ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Komitənin fəaliyyəti Azercell Telekom tərəfindən dəstəklənir.  Komitədə 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu il yay aylarının əvvəlində Paralimpiya üzrə idman ustaları -  Birinci Avropa Oyunlarının əfsanələri İlham Zəkiyev, Səbinə Abdullayeva və Zakir Müslümov və digərləri Azercell şirkətində qonaq olaraq şirkət əməkdaşları ilə görüşüblər.


Azercell şirkəti bundan sonra da Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək, körpələrin cəmiyyətə inteqrasiyasını və idmana həvəsini artırmaq üçün köməyini əsrigəməyəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.