get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell gələcəyin mühəndislərini bir araya topladı

calendar 30.11.2013

İqtisadi baxımdan güclənən və bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir. Bunu hər zaman nəzərə alan “Azercell Telekom” MMC ictimai əhəmiyyətli layihələr həyata keçirməklə Azərbaycanda akademik potensialın inkişafına nail olmağa dəstək olur. Fəaliyyətə başldadığı gündən bu yöndə bir çox uğurlu layihələrə imza atan Azercell bu gün də ənənəsinə sadiqdir. Belə ki, fevralın 6-da Azercell-in  “Barama İnnovasiya Mərkəzi”  “Caspian Engineering Society”-nin həmtəşkilatçılığı ilə “CES Qış Kampı” adlı tədbir keçirib. Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti və Orta Doğu Teknik Universitetlərinin (OTDU – METU ) mühəndislik ixtisası üzrə təhsil alan 40 nəfər tələbəsi üçün müxtəlif seminarlar və təlimlər keçirilib. Tədbirdə  “IT sahəsində iş imkanları”, “İOS əməliyyat sistemi” və “Texnoloji sahibkarlıq” haqqında geniş mühazirələr və müzakirələr keçirilib. Eyni zamanda Azercell şirkətini İnsan Qaynaqları Departamentinin nümayəndəsi tələbələrə şirkətdə iş imkanları barədə geniş məlumat verib. Tələbələr Barama İnnovasiya Mərkəzinin fəaliyyəti və indiyə qədər həyata keçirdiyi layihələrlə də daha yaxından tanış olublar.

“CES Qış Kampı” tədbirinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələri  İT sahəsindəki imkanlar haqqda marifləndirməkdir.

Qeyd edək ki, Azercell-in dəstəyi və  Barama İnnovasiya Mərkəzinin köməyi ilə indiyədək Azərbaycanda bir sıra innovativ layihələr həyata keçirilib. “Ümumdünya Startup Müsabiqəsi”, “Baku TechTalks”, “Elm və Texnologiya Sahibkarlığı Proqramı” və digər layihələrin sayəsində bacarıqlı gənclər öz ideyalarını reallaşdırmaq, həmçinin onları beynəlxalq aləmdə təqdim etmək vədaha böyük maliyyə dəstəyi almaq imkanı qazanıblar.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.