get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell ölkəmizdə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator oldu

calendar 07.11.2020

Azercell ölkəmizdə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator oldu

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” MMC ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını əldə edərək yalnız rabitədə deyil, korporativ mədəniyyət sahəsində də öz birinciliyini nümayiş etdirmiş oldu. Sertifikatlaşdırılma auditi ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkəti tərəfindən keçirilmişdir. ISO 37001:2016 standartları təşkilatlarda müxtəlif fəaliyyət istiqamətləri üzrə korrupsiya riskinin azaldılması məqsədilə daxili nəzarət sistemlərinin, proses və təlimatların yaradılmasını, tətbiqini, dövri olaraq effektivliyinin yoxlanmasını və təkmilləşdirilməsini tələb edir. Öz fəaliyyətində ənənəvi olaraq etik biznes standartlarını və şəffaflığı prioritet hesab edən Azercell şirkətində artıq bir neçə ildir ki, ən qabaqcıl nümunəyə uyğun antikorrupsiya proqramı mövcuddur. Antikorrupsiya idarəetmə sistemi şirkətlərdə fəaliyyətin bütün istiqamətləri üzrə korrupsiyanın qarşısının alınmasına xidmət etməklə, həmçinin etik davranışın təbliğ olunmasını, bu məqsədlə işçilərə təlimlərin verilməsini nəzərdə tutur. Standartların tələblərinə həmçinin, maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes subyektlərinin uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir. Təqdirəlayiq haldır ki, Azercell-dəki antikorrupsiya idarəetmə sisteminin İSO 37001 standartlarının tələblərinə tam uyğun olmaqla bərabər, bir çox istiqamət üzrə bu sahədəki ən yaxşı təcrübəni əks etdirdiyi audit zamanı auditorlar tərəfindən xüsusi qeyd edilmişdir.     

Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilmişdir. İSO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində ilk və qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir. 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.