get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-dən media nümayəndələrinə bayram hədiyyəsi Şirkət Mediacell tarif paketi abunəçiləri üçün bütün ölkədaxili istiqamətlərə zəngləri pulsuz edib

calendar 30.11.2013

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 139 il ötür. 22 iyul - ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı gün Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Mill Mətbuat günü münasibətilə Azərbaycanın lider mobil operatoru, fəaliyyətə başladığı gündən media ilə əlaqələrinə böyük önəm verən Azercell Telekom ölkə jurnalistlərinə bayram hədiyyəsi hazırlayıb. Belə ki, şirkət 22.07.2014-cü il tarixində Mediacell tarif paketi abunəçiləri üçün  bütün ölkədaxili istiqamətlərə zəngləri pulsuz edib. Məhz bu gün öz peşə bayramları günündə media nümayəndələri öz yaxınları ilə istədikləri qədər doyunca danışacaqlar. Məlumat üçün bildirək ki, Mediacell tarif paketi 2011-ci ilin 4 martında Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində çalışan KİV nümayəndələri üçün təqdim edilib.

Azercell bir daha Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır!

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.