get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-dən korporativ abunəçilərinə güzəştli smartfon və bonus!

calendar 30.11.2014

Hər zaman müxtəlif abunəçi seqmetlərini yeniliklərlə sevindirən ölkənin lider mobil operatoru Azercell Telekom aprelin 28-dən etibarən korporativ müştərilər üçün smartfonların satışı ilə bağlı yeni güzəştli kampaniyaya başlayıb. Bu kampaniya çərçivəsində hər kəs öz tələbatına və imkanına uyğun smartfonu 1 illik kreditə əldə edə bilər.

Kampaniyaya qiymətlərindən asılı olaraq 4 növ smartfon daxil edilib. Qiyməti 464 manata qədər olan smartfonları ayda cəmi 55 AZN-ə əldə etmək mümkündür. Bu zaman telefonun modeli və markasının seçimində məhdudiyyət yoxdur.Kampaniyaya daxil edilən digər smartfonları da hər ay 66 AZN, 88 AZN və ya 99 AZN ödəməklə əldə etmək olar.  Ümumilikdə, kampaniya çərçivəsində qiyməti 992 AZN-ə qədər olan smartfon əldə etmək olar.

Kreditli satışla bərabər Azercell 1 il müddətində hər ay abunəçiyə ölkədaxili danışıqlar üçün 200 dəqiqə,  2 GB internet və 200 SMS hədiyyə edir. Bu bonuslardan bir ay müddətində yararlanmaq mümkündür.  Qeyd edək ki, paketə daxil olan bonusların istifadə edilməyən hissələri növbəti faktura ayına keçmir. Əgər paket daxilində təqdim edilən dəqiqə/sms trafiki bitərsə, onda ödəniş abunəçinin əsas tarif paketinə uyğun hesablanır. 2 GB-lıq internet vaxtından əvvəl bitərsə, onda əlavə istifadə edilən hissə 0,02 AZN tarifi ilə hesablanır.

Smartfonların qiyməti dəyişən şərtlərlə yaradıldığından, kampaniya çərçivəsində ümumi müəyyənləşdirilmiş məbləğə uyğun istənilən növ cihaz seçilə bilər. Telefonun dəyəri aidiyyatı distribütor tərəfindən tətbiq edilən və Azercell tərəfindən ilkin olaraq distribütora tam məbləğdə ödənilən rəsmi qiymətlər əsasında hesablanır.

Smartfonların qiymətlərinə uyğun ödəmə cədvəli və kampaniyanın digər detalları ilə www.azercell.com   saytından ətraflı məlumat almaq mümkündür.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.