get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən “Kinon” videoyayım xidməti

calendar 30.08.2024

Yeni tətbiq ilə  240-dan çox kanalı 14 gün pulsuz izlə

 

Azercell-in yeni “Kinon” xidməti 240-dan çox yerli və xarici kanalı, istənilən zövqə uyğun ən məşhur filmləri bir tətbiqdə birləşdirir.

 

“Kinon”dan istifadə asan və sərfəlidir: Xidmətdən eyni anda üç müxtəlif cihazda, ən əsası isə 5 fərqli hesab yaradaraq bir abunəlik paketi çərçivəsində yararlanmaq mümkündür. Tətbiqi “Google Play” və “AppStore”dan yükləmək olar.

Xidmətə qoşulmaq üçün zəngin məzmuna malik iki abunəlik paketi təklif olunur: “Kinon + Amediateka” və “Amediateka”.

 

Kinon + Amediateka” paketinə TV kanalların yüksək keyfiyyətli canlı yayımı, həmçinin “HBO”, “BBC”, “ABC Studios”, “Sony Pictures” və  “WarnerMedia” kimi nəhəng film studiyalarının yeni film və serialları daxildir. Abunəliyi aktivləşdirmək üçün telefonun ekranında *800#YES USSD kodunu yığmaq lazımdır. Hazırda xüsusi kampaniya çərçivəsində bu paketə qoşulan abunəçilərə xidmətdən 14 gün pulsuz istifadə imkanı və  TV kanalları izləmək üçün 5GB həcmində internet hədiyyə edilir. Bu müddət bitdikdən sonra xidmətin aylıq abunə haqqı 9 AZN təşkil edir.

 

“Amediateka” paketində isə “HBO”, “BBC”, “ABC Studios”, “Sony Pictures” və  “WarnerMedia” studiyalarının yeni məzmunlarını yüksək keyfiyyətdə izləmək imkanı verilir. Abunə olmaq üçün telefonun ekranında *890#YES yığmaq kifayətdir. Aylıq xidmət haqqı 3.99 AZN-dir.

 

Paketləri istənilən zaman deaktiv etmək olar.

 

Qeyd edək ki, “Kinon”dan Android və iOS əməliyyat sistemlərini dəstəkləyən bütün smartfonlarda, Android TVSamsung Smart TV-lərdə, planşetlərdə və digər cihazlarda yarlanmaq mümkündür. Tezliklə “Kinon” LG Smart TV-lər üçün də əlçatan olacaq.

 

Xidmət haqqında daha ətraflı məlumat üçün Azercell və ya Kinon səhifələrinə müraciət edə bilərsiniz.