get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən iPhone 7! Hədsiz İnternetlə, ilkin ödənişsiz!

calendar 28.10.2016

iPhone 7 və iPhone 7 Plus cihazlarıını Azərbaycanda rəsmi təqdim edən mobil operator Azercell Telekom MMC müştərilərinə yeni sərfəli təklifini elan edir. Belə ki, güzəştli şərtlərlə iPhone 7 telefonuna sahib olmaq üçün abunəçilər ayda cəmi 89 AZN ödəməklə ən müasir smartfon cihazı və 30GB həcmində Hədsiz İnternet paketini əldə edəcəklər. 28 oktyabr – 4 noyabr tarixləri ərzində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün ödəniləcək məbləğə 50% endirim qazanacaqlar.

Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər 28 oktyabr – 4 noyabr tarixləri ərzində Azercell-in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 4-6 noyabr tarixlərində isə Azercell-in Z.Tağıyev 18, B.Bağırova 2, 28 May 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar. Onu da bildirək ki, telefonların sayı məhduddur.

 

Qeyd etmək lazımdır ki, iPhone 7 və iPhone 7 Plus mobil telefonları iPhone-nun ən yeni nəsil modelləri olub, yeni kamera sistemi, ən uzun ömürlü batereyaya və suya/toza davamlılığı ilə seçilir.

 

Azercell şirkəti bundan sonra da abunəçilərini yeni sərfəli kampaniya və xidmətlərlə sevindirməkdə davam edəcək.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz     

 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.