get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-dən inanılmaz endirim

calendar 30.11.2013

Şirkət “Hədsiz” tarif  paketində 50% endirim  kampaniyasına başladı

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC daha bir endirim kampaniyasını abunəçilərinə təqdim edir.  Şirkət 24 oktyabr - 31 dekabr 2014-cü il tarixində  “Hədsiz” tarifinə 50% endirim kampaniyasına başlayır. Kampaniya çərçivəsində bütün - yeni, mövcud və Azercell şəbəkəsinə Mobil Nömrə Daşınma xidməti daxilində keçən fakturalı xətt abunəçiləri Azercell diler şəbəkələrindən Samsung Galaxy Alfa mobil telefonlarını və Samsung Galaxy Note 4 planşetlərini aldıqda “Hədsiz” tarif paketindən aylıq ödəməsi 50% endirimlə faydalana biləcəklər. Bu endirim bir il müddətində tətbiq ediləcək. Abunəçi kampaniyadan həm öz nömrəsi ilə, həm də yeni nömrə ilə yararlana bilər.


Azercell faturalı xətt  abunəçilərinə təqdim olunan “Hədsiz” tarif paketinə qoşulmaqla abunəçi aylıq 24.95 AZN  abunə haqqı muqabilində inanılmaz endirim xidmətlərindən yararlana bilər.  Belə ki,  bu paketə qoşulduqda abunəçi şəbəkədaxili 3000 dəqiqə və şəbəkəxarici 500 dəqiqə zənglər etmək,  2000 ədəd ölkədaxili və beynəlxalq SMS  göndərmək və 2000 MB həcmində mobil internet xidmətindən istifadə etmək imkanına malik olur.

 

Azercell-in abunəçilərinə təqdim etdiyi “Hədsiz” tarif paketinə qoşulmaqla siz də sərbəst  ünsiyyətdən zövq alın!

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.