get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-dən cəmi 10 azn-ə 15 dəq rominq

calendar 30.11.2014

Azercell Telekom MMC abunəçiləri üçün yay ayları boyunca hazırladığı endirimli tarif paketlərini və sərfəli kampaniyalarını davam etdirir. Yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rominq xidməti çərçivəsində abunəçilərini sevindirməkdə davam edir. Belə ki, artıq Azercell-nin bütün  Fakturasız xətt (SimSim) abunəçiləri rominq xidməti çərçivəsində sərfəli Rominq Danışıq Paketi əldə edə bilərlər. Danışıq Paketini əldə etmək üçün abunəçi 8809 qısa nömrəsinə müvafiq açar sözünu yazıb göndərməlidi. 10 AZN ödəməklə 15 dəqiqə əldə edən abunəçi təqdim edilən dəqiqələrdən 30 təqvim günü ərzində istifadə edə bilər.

 

Qısa nömrə

Açar sözü

Rominq
zənglər üçün dəqiqə sayı

Danışıq paketinin qiyməti,

AZN, (ƏDV daxil)

8809

15 D

15

10.00

 

 

Abunəçi eyni zamanda 8809 qısa nömrəsinə STATUS sözünü yazıb göndərməklə, nömrədə paketin olub olmamasi haqqında məlumat əldə edə bilər. Eyni dövr ərzində abunəçi tərəfindən yeni Danışıq Paketi sifariş edildikdə, paketlərdən irəli gələn balanslar toplanılır və  ən son sifariş edilmiş paketin istifadə  müddəti  ümumi balansdan vahid istifadə müddəti olaraq təyin edilir. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı. Qeyd edək ki, Azercell-in rominq xidməti çərçivəsində yeni Danışıq Paketi 40-dan çox operatorun şəbəkəsində tədbiq edilr.

 

Məlumat üçün bildirək ki, Azercell bu günlərdə bütün Fakturasız xətt (SimSim) abunəçilərinə rominq xidməti çərçivəsində istifadə etmək üçün 10 ədəd pulsuz SMS də hədiyyə edib. Şirkət mütəmmadi olaraq rominqdə olan abunəçiləri üçün endirim kampaniyaları həyata keçirir. Bu ildən etibarən  rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər.

 

Bu yayı Azercell-lə daha yaxşı yaşayın!

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

 

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.