get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən abunəçilərinə 10 GB internet hədiyyə

calendar 22.03.2016

4,5 milyonluq abunəçi ailəsini sürətli və keyfiyyətli mobil internetlə təmin edən Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom Novruz ərəfəsində SimSim abunəçilərini daha bir hədiyyə ilə sevindirdi. Belə ki, 18 mart 2016 tarixindən etibarən, Azercell öz təklifləri sırasına yeni 3G MiFi modem + 10GB pulsuz internet kampaniyasını əlavə edir. Sözügedən kampaniya çərçivəsində ilk dəfə Azercell-ə qoşulma zamanı abunəçiyə 1 ay ərzində 10 GB həcmli İnternet Paketi pulsuz olaraq hədiyyə edilir. Kampaniyanın adından da göründüyü kimi, hədiyyəli internetlə yanaşı paketin tərkibinə cihaz- 3G Mobile WiFi modem və SIM kart da daxildir. Abunəçinin kampaniyaya qoşulması və 10 GB həcmli İnternetdən yararlanma imkanı, nömrə aktiv edilən andan avtomatik olaraq dərhal təmin edilir. Nəzərinizə çatdıraq ki, 3G modemleri 21.6 Mb/s-ə qədər internet sürəti təmin edir.

Beləliklə, SimSim  abunəçiləri bundan sonra genişzolaqlı xidmətlər üçün Azercell-in təklif etdiyi aşağıdakı 3 sərfəli seçimdən faydalana biləcəklər :

 

1.      4G MiFi pulsuz Simsim DATA nömrə +  bir aylıq bonus LİMİTSİZ internet paketi cəmi 80 AZN.

 2.      3G MiFi + pulsuz Simsim DATA nömrə + bir aylıq bonus 10GB bonus cəmi 50 AZN.

 3.      3G USB Modem + pulsuz Simsim DATA nömrə + bir aylıq bonus 10GB bonus cəmi 20 AZN.

Yüksək sürətli Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azercell ötən il ərzində internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% artdı. Hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternet istifadə edir.  Şirkət yalnız Azərbaycan deyil, bütün regionda ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə 2012-ci ildə təqdim edib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.