get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək!

calendar 23.03.2020

Novruz bayramı münasibəti və koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkənin lider mobil operatoru olan “Azercell Telekom” bu dəfə də həssas qrup kateqoriyadan olan insanlara öz qayğısını əsirgəmədi.

Belə ki, şirkət sosial məsuliyyət strategiyası çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş siyahı üzrə Bakı şəhərində yaşayan, I qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 5728 aztəminatlı ailəyə bayram sovqatı verilmişdir. Sovqatlar ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC tərəfindən çatdırılmışdır.

Azercell və RİİB tərəfindən həyata keçirilən bu təşəbbüs həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaqla yanaşı, dövlətin koronavirus infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə də dəstək məqsədi daşıyır.

“Azercell Telekom” MMC və RİİB tərəfindən bu cür xeyirxah təşəbbüslərin davamlı olaraq bundan sonra da həyata keçirilməsi nəzərdə tutulur.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.