get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell-ə daşınan nömrələrin sayı artıb Mobil internetdən istifadənin həcmi də çoxalıb

calendar 27.10.2015

Keyfiyyətli rabitə və yüksək səviyyəli müştəri xidmətləri təqdim edən Azercell Telekom MMC-i seçən abunəçilərinin sayı artmaqdadır. Belə ki, son 1il ərzində Mobil Nömrə Daşınmasında müsbət tendensiya müşahidə olunub və nömrələrini Azercell-ə daşıyan abunəçilərin sayı Azercelldən digər operatorlara daşıyanlardan daha çox olub. Ümumilikdə isə ötən ilin sentyabr ayının sonundan indiyə qədər Azercell abunəçilərinin sayı 10 min nəfər artıb.

Hal-hazırda 4,5 mln-dan artıq abunəçi ilə Azercell Azərbaycan mobil rabitə bazarının lider şirkətidir. Xatırladaq ki, 2014-cü ilin fevralın 1-dən etibarən Mobil Nömrə Daşınma xidmətinə start verən Azercell bü gün Bakı və regionlarda özünün 200-dən artıq xidmət  mərkəzi vasitəsilə Azercell şəbəkəsinə qoşulmaq imkanı yaradır.

Onu da qey edək ki, ilin əvvəlindən etibarən Azercell-in mobil internet xidmətindən istifadədə 39% artım qeydə alınıb.  Azercell-in sürətli mobil interneti də olduqca əverişlidir. Son rüb ərzində Azercell-in internet paketlərində 55% endirimin tətbiq olunması , Mobil internet trafikinin  39%, gəlirin isə 3.3% artmasına gətirib çıxarıb. Hal-hazırda şirkətin hər ikinci abunəçisi fəal mobil internet istifadəçisidir.

Çevikliyi və yenilikçiliyi əsas tutaraq, Azercell abunəçilərə  keyfiyyətli və sərfəli məhsullar, ən müasir xidmətlər təklif edir və hamını Azercell müştəri təcrübəsindən faydalanmağa dəvət edir.
 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.