get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

Azercell bu dəfə Oğuz-Şəki-Qax-Zaqatala bölgəsindəki abunəçilərini sevindirdi

calendar 30.11.2013

Şirkət “050-ni al, 051 əkizi pulsuz!” kampaniyasına başladı

 

Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində abunəçiləri üçün hazırladığı kampaniyaları davam erdirir. Şirkət bu dəfə Oğuz-Şəki-Qax-Zaqatala bölgəsindəki  abunəçilərini sevindirdi. Belə ki, Azercell 05.07.2014 – 15.12.2014 tarixlərində Oğuz-Şəki-Qax-Zaqatala bölgəsində “050-ni al, 051 əkizi pulsuz!” adlı xüsusi kampaniyaya start verir. “050-ni al,051 əkizi pulsuz ! ” kampaniyasına əsasən  abunəçilər qeyd olunan rayonlarda yerləşən Azercell Ekspres və diller dükanlarına baş çəkib, seçimlərinə uyğun 050 prefiksli nömrə alarkən, eyni nömrənin 051 prefiksini hədiyyə olaraq əldə edəcəklər. Kampaniya çərçivəsində əkiz nömrələr öz aralarında xüsusi tarif, dəqiqəsi 0,01 AZN qiymətlə, digər nömrələrlə isə  “Bölgə” tarif paketinin qiymətlərinə uyğun olaraq danışacaqlar.

 

Qeyd edək ki, Azercell  müxtəlif müştəri qrupları üçün davamlı olaraq onların istəyinə uyğun xüsusi kampaniyalar həyata keçirməkdədir. Məlumat üçün bildirək ki, bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində Azercell tərəfindən regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar təklif olunub. Gəncə, Lerik, Masallı və Cəlilabadda Azercell abunəçiləri üçün xüsusi kampaniyalar keçirilib, tarif paketləri istifadəyə verilib.  Onların arasında ən populyarı isə bir il əvvəl istifadəyə verilmiş 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqlar üçün pulsuz, bütün istiqamətlərdə isə 5 qəpik tarifi ilə danışmağa imkan verən “Bolge” tarifidir.

 

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar və sərfəli tariflər təqdim edəcəkdir.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.