get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell avqust ayi ərzində ölkə boyu 194 stansiya quraşdırdı

calendar 30.11.2012

Azercell Telekom-un təklif etdiyi keyfiyyətli rabitə abunəçinin harada olduğundan asılı olmayaraq öz yaxınları ilə rahat əlaqə qurmaq imkanı deməkdir. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən şirkət bu ilin avqust ayında 194 sayda radio-baza stansiyasını (RBS) istifadəyə verib.


RBS-lər mobil rabitənin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyət xidmətinin yaxşılaşdırılımasına xidmət edir. Bu stansiyaların daha çox sayda işə düşməsi abunəçilərin hər yerdə daha dayanıqlı rabitə ilə təminatına, rahatlığına kömək edir. Hazırda Azercell Telekom-un ölkənin müxtəlif ərazilərində quraşdırılmış 4087 sayda radio-baza stansiyası fəaliyyət göstərir.


Azercell Telekom həm abunəçi sayına, həm də təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycanın lider mobil operatoru olmaqda davam edir. Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən Azercell ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə bir sıra universitetlərdə 3G və 4G sınaq laboratoriyalarını yaradılıb.


Azercell Telekom hər zaman olduğu kimi öz abunəçilərini ən qabaqcıl texnoloji yeniliklər və keyfiyyətli rabitə sisteminin üstünlüklərindən faydalanmasını təmin etməkdədir.