get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell Astarada yeni Ekspres ofisini istifadəyə verdi

calendar 30.11.2012

Bununla da regionlarda AzEks ofislərinin sayı 28-yə çatdı

 

Azercell Telekom MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə  Bakıda və regionlarda  Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Belə ki, şirkət 18 oktyabrdan etibarən Astara şəhəri H.Aliyev prospekti 249 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib. AzEks ofisindən Astarada yaşayan Azercell abunəçiləri ilə yanaşı qonşu rayonların sakinləri də istifadə edə biləcəklər. Yeni AzEks ofisi “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Qeyd edək ki, Azercell-in hal hazırda Bakıda 18, regionlarda isə 28 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti ofisi fəaliyyət göstərir.  Azercell ilin sonuna qədər Bakıda və regionlarda AzEks ofislərinin sayını artırmaq niyyətindədir.

 

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

“Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti  Asan imza sistemini  tətbiq edən ilk operator oldu.