get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə!

calendar 21.07.2023

Azercell abunəçilərinin nəzərinə!

21 avqust 2023-cü il tarixindən etibarən təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan tariflərin optimallaşdırlması məqsədilə “Azercell Telekom” MMC-nin Fakturalı xətt sisteminin korporativ abunəçiləri üçün nəzərdə tutulan “Socar 500” və “Socar 1500” paketləri ləğv ediləcək! Göstərilən tarixədək bu paketlərə qoşulan abunəçilər müvafiq istifadə müddəti başa çatanadək onlardan istifadə edə biləcəklər. 

Qeyd: Abunəçilər edilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmək və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com) və ya Azercell Müştəri Xidmətlərinə (MX və Eksklüziv ofislər, 7/24 fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Korporativ abunəçilər Azercell Müştəri Xidmətlərinə - (+994 12) 490 49 40 nömrəsinə və yaxud 6050-yə zəng etməklə (1 zəng: 0.10 AZN, Bazar ertəsi - Cümə saat 09:00 - 18:00; Şənbə günü 09:00 - 16:00), həmçinin destek@azercell.com ünvanına müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqqında ətraflı məlumat əldə edə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.