get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 15.03.2022

Mobil rabitənin dəyişən trendlərini və abunəçilərin mobil internet xidmətlərinin istifadəsinə üstünlük verməsini nəzərə alaraq daha geniş seçim imkanı yaratmaq məqsədilə Azercell təklif etdiyi internet paketlərinin çeşidini optimallaşdırmağı planlaşdırır.  Beləliklə, 15.04.2022-ci il tarixindən başlayaraq internet paketlərindən istifadə edən abunəçilər üçün aşağıdakı şərtlər tətbiq ediləcək:

 

  • Gündəlik 500 MB, aylıq 60 MB, eləcə də, limitsiz gecə paketləri təklif olunan məhsul siyahısından çıxarılacaq və növbəti yeni qoşulmalar mümkün olmayacaq. Həmin paketlərə 15.04.2022-ci ilə kimi qoşulan abunəçilər, paketi deaktiv etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər.
  • 1 saat limitsiz internet paketinə - 0,59 AZN;   3 saat limitsiz internet paketinə - 1,49 AZN; 6 saat limitsiz internet paketinə - 2,39 AZN; Həftə sonu limitsiz internet paketinə - 2,99 AZN xidmət haqqı tətbiq ediləcək.

 

Bundan əlavə, Azercell  təqdim etdiyi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və fakturasız (SimSim) xətt sisteminin abunəçilərinə təklif olunan tariflərin optimallaşdırılması məqsədi ilə bəzi tarif paketlərində dəyişiklik edir. Müvafiq olaraq, 15.04.2022-ci il tarixindən etibarən “Bölgə” tarifi üçün hesablama intervalı 60 saniyə kimi tətbiq ediləcək.

 

Qeyd:

Bütün qiymətlər ƏDV daxil göstərilib. Abunəçilər göstərilən dəyişikliklər, müvafiq tarif paketləri və mövcud tarif paketlərinin dəyişdirilməsi şərtləri barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.