“Azercell Telekom” MMC istifadəçilərin mobil internetə artan tələbatının qarşılanması məqsədilə 06.04.2026-cı il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid “SuperSən”, “Sadə”, “GəncOL” və “İstəSən” tarif paketlərində dəyişikliklər həyata keçirəcək. Yeniliklər çərçivəsində qeyd edilən tariflərin internet həcmi artırılaraq aşağıdakı şərtlər tətbiq ediləcək:
Müvafiq tariflərin optimallaşdırılması məqsədi ilə həyata keçirilən bu yeniliklər, “Azercell Telekom” MMC-nin abunəçilərinə mobil internetə olan tələbatın artdığı mühitdə rabitə və internet resurslarından daha səmərəli istifadə etmək imkanı yaradır. Eyni zamanda, abunəçilər müvafiq tarif paketləri üzrə digər mövcud üstünlüklərdən əvvəlki şərtlərlə yararlanmağa davam edə biləcəklər.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəz etmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən digər xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.