get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə!

calendar 09.02.2022

“Azercell Telekom” MMC tərəfindən daha müasir texnologiyaların tətbiqi və bununla da göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar ölkəmizin bəzi ərazilərində 10.03.2022-ci il tarixində saat 23:59-dan etibarən “2G” texnologiyalarını dəstəkləyən köhnə model cihazlarda rabitə xidmətlərinin istifadəsi zamanı çətinliklərin yaranması mümkündür. Daha yeni texnologiyaları dəstəkləyən cihazlardan istifadə edən abunəçilər hər hansı çətinliklə qarşılaşmayacaq. Bu baxımdan abunəçilərə yeni texnologiyaları dəstəkləyən, ağıllı mobil telefon (smartphone) və digər yeni nəsil əməliyyat sistemləri ilə çalışan cihazlardan istifadə etməyi tövsiyə və təşviq edirik.

Abunəçilərimizdən yuxarıda sadalananları nəzərə almağı xahiş edirik.