31.10.2025-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin “Kinon” xidməti çərçivəsində təqdim edilən paketlərin şərtlərində dəyişikliklər tətbiq ediləcək. Belə ki, “Azercell Telekom” MMC-dən asılı olmayan səbəbdən “Amediateka” şirkəti tərəfindən müvafiq xidmətin ləğv olunması ilə əlaqədar olaraq bu paket üzrə xidmət göstərilməsi dayandırılacaq.
“Kinon Plus” paketində yalnız TV kanalları və “Wink”, “Viju”, “Premier” platformalarının məzmunundan istifadə mümkün olacaq.
Qeyd: Abunəçilərə göstərilən xidmətlərlə bağlı dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən digər xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00; Şənbə, 09:00 - 16:00; e-poçt: destek@azercell.com) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.