“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
Beləliklə, fakturasız (SimSim) xətt abunəçiləri daha rahat və əlverişli istifadə imkanına malik olacaq. Belə ki, indiyədək olan nömrənin açıq qalma müddətini yalnız balans artırmaq ilə uzatmaq yanaşmasında dəyişiklik edilir və abunəçilərə həm tarifin abunə haqqını avtomatik ödəmək ilə, həm də balans artırmaq ilə nömrənin açıq qalma müddətini uzatmaq imkanı verilir.
Nümunə üçün: əvvəllər 2 AZN aylıq abunə haqqı olan “Azercellim” tarifli abunəçi bu məbləğlə nömrəsini cəmi 10 gün aktiv saxlaya bilirdi. Dəyişiklikdən sonra həmin 2 AZN ilə həm tarif ödənilir, həm də nömrə 30 gün ərzində aktiv qalır. Üstəlik aylıq abunə haqqı ödənilməsi müqabilində abunəçiyə 30 gün ərzində 25 şəbəkədaxili dəqiqə, 250 MB həcmli internetdən istifadə imkanı təqdim edilir.
Abunə haqqını ödəmək ilə xəttini açıq qalmasını təmin etməyən abunəçilər üçün, balans artımı zamanı - 01 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi tətbiq ediləcək:
Kartın nominalı (AZN ilə) |
İstifadə müddəti (təqvim günü) |
1 |
1 |
2 |
2 |
3 |
3 |
5 |
5 |
10 |
10 |
25 |
25 |
50 |
50 |
100 |
50 |
Bütün nominallı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə (danışıq) kartlarında yeni ödəmə kartının yükləmə müddəti ödəmə kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti +90 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.
Göstərilənlər ilə yanaşı, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balasına elektron ödəniş üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə, elektron ödəniş üsulları vasitəsi ilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:
Ödəniş məbləğinin aralığı |
İstifadə müddəti (təqvim günü) |
1 AZN-dən - 1,99AZN-dək |
1 |
2AZN-dən – 2,99 AZN-dək |
2 |
3 AZN-dən – 4,99 AZN-dək |
3 |
5 AZN-dən – 9,99 AZN-dək |
5 |
10 AZN-dən – 24,99 AZN-dək |
10 |
25 AZN-dən – 49,99 AZN-dək |
25 |
50 AZN-dən - 99,99 AZN-dək |
50 |
100 AZN + |
50 |
Elektron ödəniş üsulları vasitəsi ilə ödəniş üçün daxil edilən məbləğin minimal həddi 1 AZN təşkil edir.
İnternet Paketlərin adı və həcmi |
Qiyməti (ƏDV daxil, AZN) |
İstifadə müddəti |
6 GB |
12 |
28 gün |
12 GB |
19 |
28 gün |
30 GB |
29 |
28 gün |
|
|
|
Saatlıq İnternet Paketlərin sürəti və qiyməti (ƏDV daxil, AZN) |
|
|
1 saatlıq (limitsiz sürət) |
0,99 |
1 saat |
3 saatlıq (limitsiz sürət) |
1,99 |
3 saat |
İnternet Paketinin əvvəlki adı və həcmi |
İnternet Paketinin yeni adı və həcmi |
Qiyməti (ƏDV daxil, AZN) |
İstifadə müddəti |
55 GB |
56 GB |
39 |
28 gün |
Günlük İnternet Paketlərin əvvəlki adı və həcmi
|
Günlük İnternet Paketlərin yeni adı və həcmi
|
Qiyməti (ƏDV daxil, AZN) |
İstifadə müddəti |
250 MB (yenilənən) |
350 MB (yenilənən) |
0,99 |
1 gün |
1000 MB (yenilənən) |
1.5 GB (yenilənən) |
1,99 |
1 gün |
Beləliklə, saatlıq internet paketlərində hazıradək mövcud olan 2mb\s maksimal sürət limiti ləğv edilir və abunəçilər daha Rahat şəkildə paketlərdən sürət limiti olmadan yararlana biləcək.
Qeyd olunan tarixdən “1.5 GB aylıq” , “6 saatlıq” və “Həftəsonu” internet paketlərinə yeni qoşulmalar dayandırılır. Həmçinin aylıq internet paketlərində “Pulsuz WhatsApp” kampaniyası çərçivəsində 1.5 GB, 6 GB, 12 GB, 30 GB və 55 GB paketlərində WhatsApp ilə mətnli yazışma üçün təqdim edilən 1GB həcmində əlavə ödənişsiz trafik ləğv edilir. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəlik ləğv edilənə qədər müvafiq internet paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər. Göstərilən tarixədək aktiv edilən aylıq internet paketlərində istifadə müddəti ilə bağlı dəyişikliklər paketlərin növbəti yenilənməsindən tətbiq ediləcək.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.