“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 10.12.2024-cü il tarixindən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
1. Fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələrin abunəçilərinin (korporativ abunəçilər daxil olmaqla) istifadəsi üçün nəzərdə tutulmuş “Paycell” xidməti çərçivəsində göndərilən balans payı üçün aşağıda xidmət haqları aşağıda qeyd olunan qaydada tətbiq ediləcək:
2. Fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulan “Buraxılmış zəng” xidmətinin aylıq abunə haqqı 0,60 AZN olaraq təyin ediləcək və “Xəbər ver” xidməti ödənişsiz təqdim olunacaq. “Buraxılmış zəng” və “Xəbər ver” xidmətini aktivləşdirmək üçün (hər iki xidməti aktiv edir) *608*1#YESyığmaq və ya START+ açar sözünü 6080-ə göndərmək kifayət edir. Xidmətdən imtina etmək üçün STOP yazıb 6080-ə göndərmək və ya telefonda *608*0#YES yığmaq lazımdır. “Buraxılmış zəng” xidməti ləğv edildikdə, müstəqil çalışmadığı üçün “Xəbər ver” xidməti də ləğv ediləcək.
Qeyd:
Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.