get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə

calendar 03.06.2025

03 iyul 2025-ci il tarixindən etibarən “Azercell Telekom” MMC-nin “Premium” tarif istifadəçilərinə ödənişsiz təqdim olunan “Kinon Premium” abunəliyinin tərkibində yalnız “Kinon” paketi yer alacaq. Həmin tarixədək “Kinon Premium” abunəliyi çərçivəsində istifadəçilərə “Kinon” və “Amediateka” paketləri birgə təqdim olunurdu. “Amediateka” xidməti qeyd olunan tarixdən etibarən artıq digər paketlər daxilində və ya ayrıca abunəlik formasında əlçatan olacaq. Göstərilən tarixədək aktiv edilmiş “Kinon+Amediateka” paketi növbəti yenilənmə tarixdən avtomatik qaydada “Kinon” paketi ilə əvəz ediləcək.

Qeyd: Abunəçilərə göstərilən dəyişikliklər, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 – şəhər telefonundan, 6050 – mobil telefondan (1 zəng – 0,1 AZN); Bazar ertəsi - Cümə, 09:00 - 18:00; Şənbə, 09:00 - 16:00; e-poçt: destek@azercell.com) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.