get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə!

calendar 25.10.2021

23 noyabr 2021-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Sadə 2” tarif paketi ləğv ediləcək. Qeyd olunan tarixə kimi “Sadə 2“ tarif paketindən istifadə edən abunəçilər tarif dəyişikliyinə görə pul ödəmədən “Azercellim”, Bölgə” və “GəncSim” tariflərinə qoşula bilərlər. Göstərilən tarixədək tarif dəyişikliyi edilmədiyi halda, “Sadə 2” tarif paketi çərçivəsində təqdim olunan balans sıfırlanacaq və ləğv ediləcək. Müvafiq tarif paketi isə avtomatik qaydada (tarif dəyişikliyinə görə heç bir xidmət haqqı tutulmur) “Azercellim” tarif paketi ilə əvəz ediləcək. 

Qeyd: Abunəçilər edilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, onların başqası ilə əvəz edilməsi və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, 7/24 fəaliyyət göstərən Telefon mərkəzi) müraciət etməklə əldə edə bilərlər.