Azərbaycan
24.09.2022-ci il tarixindən etibarən, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Veteran” kampaniyasına yeni qoşulmalar dayandırılacaq. Həmin kampaniyaya göstərilən tarixədək qoşulan abunəçilər kampaniyadan imtina etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçiləri “Veteran” tarif paketinə qoşula bilərlər.
Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, “Veteran” kampaniyası və “Veteran” tarif paketinin şərtləri barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.
Müraciət üçün xanaları doldur
Sizinlə ən qısa zamanda əlaqə saxlayacağıq!
Abunəlik uğurla tamamlanmışdır