get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
arrow-back Press-relizlər

Azercell abunəçilərinin nəzərinə!

calendar 19.01.2022

Məlumat üçün bildiririk ki, “Azercell Telekom” MMC bütün abunəçilərini yalnız rəsmi mənbələrə istinad etməyi, yeni mobil telefon nömrəsi əldə etmək üçün yalnız “Azercell Telekom“ MMC-nin rəsmi diler və distribütorlarına müraciət etməyə çağırır. Eyni zamanda www.azercellim.com internet səhifəsi vasitəsi ilə satışda olan nömrələr barədə məlumat əldə etmək, o cümlədən seçilmiş nömrəni əldə etmək üçün sifariş etmək də mümkündür. Rəsmi diler və distributor olmayan, 3-cü şəxslərin nömrə satışı ilə bağlı şübhəli məzmunlu ismarıclara reaksiya verməməyə çağırır. Əlavə çətinliklər ilə qarşılaşmamaq, yanlış məlumatlar nəticəsində yarana biləcək xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, etibar doğurmayan mənbələrə istifadə etməməyi, yalnız rəsmi məlumatlara istinad etməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, şifrələri 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu  müxtəlif oyun, yarışma və s. yararlanmamağı tövsiyə edir.