get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

500,000 ABŞ dollarını kim qazanacaq?

calendar 08.06.2016

Azercell-in dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə növbəti dəfə azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçirilir. 12 iyun tarixinə qədər davam edəcək seçim mərhələsinin qalibləri bu ümumdünya yarışmasında ölkəmizi təmsil etmək və 500 min ABŞ dolları məbləğində sərmayə kapitalı uğrunda mübarizə aparmaq şansını qazanacaqlar.

İyunun 18-də  Qafqaz Universitetinin Texnoparkında  baş tutacaq seçimlərin final mərhələsində qalib gələn startap  2017-ci ilin mart ayında İsveçrədə Azərbaycanı təmsil etmək imkanı qazanacaq. Yarışma  Azercell, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə yanaşı PAŞA Bank və QU Technopark dəstəyi ilə keçirilir və TechNote tərəfindən canlı yayımlanacaq.

Azercell-in Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri və Barama Biznes İnkubatorun baş meneceri, ölkə üzrə müsabiqənin təşkilatçısı və Seedstars Səfiri İmran Bağırov növbəti seçim mərhələsinə böyük ümid bəsləyir: “Seedstars qlobal və böyük bir icmadır ki, sahibkarlar, investorlar, sanaye mütəxəssisləri və digər maraqlı tərəflər üçün zəngin imkanlar açır. Ötən il Seedstars Bakı müsabiqəsinin qalibləri Dronee layihəsinin müəllifləri Tomi Piriyev və Maksim Piriyev seçildilər. Dronee layihə özündə "Hardware" platforması daşıyan və özəlləşdirilə bilən təyyarə tipli drondur. Developerlər drona uyğun əlavələr seçib, ona kodlarını yazıb öz məqsədləri üçün istifadə edə bilərlər”-deyən İmran Bağırovun sözlərinə görə, yarışmanın 1-ci mərhələsində Seedstarsworld'ə müraciət üçün 65-dən çox ölkədən online forma qəbul olunur. Seedstarsword'ün yerli əməkdaşları ( Azərbaycanda- Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi) bu mərhələdə distürübütör kimi iştirak edir. Müraciətçilər online formanı  20 dəqiqə ərzində doldurmalıdırlar.

1-ci mərhələdən seçilmiş 10-12 startup ölkədə təşkil olunan tədbirdə iştirak edib, juri və bu sahənin mütəxəssisləri qarşısında startuplarının təqdimatını edirlər. Bu tədbir inverstorlar, şirkətlərin nümayəndələri, universitetlər və ekosistemin iştirakçılarını bir araya gətirir. Yerli yarışmanın qalibi seçilən startup qlobal “Seedstarsworld’də ölkəsini təmsil etmək üçün İsveçrəyə bütün xərclər qarşılanmaqla səyahət edir. Ən əsası qalib layihə investisiya uğrunda qlobal startuplar ilə mübarizə aparır.

 

Qeydiyyat üçün bu link istifadə olunmalıdır: http://www.seedstarsworld.com/event/seedstars-baku-2016/

 

Onu da qeyd edək ki, yerli seçimlər nəticəsində I yerin sahibi Isveçrədə dünyanın ən yaxşı startapı adını almaq uğrunda yarışacaq, II yerin qalibi hədiyyə olaraq Huawei cihazı, III yerin sahibi isə Barama-dan hədiyyələr qazanacaq. Məlumat üçün bildirək ki, Seedstars World inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.

 

Ötən il Seedstars World 36 ölkəni əhatə edirdisə, artıq 2016-cı ildə iştirakçı ölkələrin sayı 60-a çatıb. Müsabiqə Silikon Vadi (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə ümumilikdə 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər.

Azərbaycanın telekommunikasiya sahəsinin lideri Azercell Telekom MMC bu Ümumdünya Startap Müsabiqəsinin keçirilməsində İsveçrənin Seedstars şirkəti ilə tərəfdaşlıq edir. Azercell-in Strateji Partnyorluq və Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri İmran Bağırov Seedstars World səfiri seçilib.

Qeyd edək ki, bu ildən Seedstars World müsabiqəsində yaradılan yeni STARS istiqaməti səyahət və maliyyə texnologiyaları sənayesi sahəsindəki startaplara da öz bacarıqlarını göstərmək imkanı yaradır.

 

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.