get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə

Siz ərazisindəsiniz

arrow-back Press-relizlər

4G indi burada!

calendar 17.06.2016

Azercell şirkəti sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədi ilə dördüncü nəsl şəbəkəsinin əhatə dairəsini əsaslı şəkildə genişləndirir

 

Abunəçilərini ən keyfiyyətli və rahat rabitə xidmətləri təmin etməyə qarşısına məqsəd qoyan Azərbaycanın lider mobil operatoru Azercell Telekom sürətli mobil internetə olan tələbatı nəzərə alaraq  4G şəbəkəsini  intensiv şəkildə inkişaf etdirir. Şirkət təkcə 2016-cı ilin ilk 5 ayı ərzində Bakıda və Abşeron yarımadasında   177 yeni LTE stansiyası quraşdırıb İyun ayının sonuna isə stansiyaların sayının 220-yə qədər artırılacağı planlaşdırlır. Hal-hazırda qeyd olunan ərazidə 4G stansiyalarının sayı 480-ə çatdırlıb. Bununla da sürətli mobil internetə ən çox təlabat olan  Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79% çatıb və abunəçilər 4G şəbəkəsində100 Mb.s qədər sürətli internetdən  istifadə edə bilərlər.

 

Yaxın zamanda  bölgələrdə də 4G şəbəkəsini genişləndirmək niyyətində olan AzerceII, sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədi ilə digər vacib tədbirlər də görüb.  Məlumdur ki, 4G şəbəkəsinin üstünlüyündən yararlanmaq üçün ilk növbədə bu texnologiyanı dəstəkləyən cihazın olması vacibdir. Ölkədə smartfonların penetrasiyasını artırmaq niyyətini əsas tutaraq, Azercell öz müştərilərinə bu il ərzində artıq iki güzəştli smartfon kampaniyasını təqdim etdi. Hədsiz tarifinə qoşularaq İphone S6 və Samsung S6 Edge mobil cihazlarını güzəştli şərtlərlə əldə etmək imkanını qazandıran bu kampaniyalar abunəçilər arasında böyük maraqla qarşılandı.
 

Həmçinin, abunəçilərə müxtəlif əlverişli internet paketləri təqdim edən Azercell, təkcə son il ərzində Mobil İnterent tariflərində 55%-ə qədər endirim etdi.

Bundan əlavə, may ayından etibarən bütün Azercell abunəçiləri istənilən Azercell Müştəri Xidmətləri Mərkəzi və Azercell Ekspres ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən pulsuz sim kart əldə edə bilərlər.

 

Məlumat üçün bildirək ki, Azercell Azərbaycanda  ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir.  Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur.

 

 


Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci  ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.