get-img

Kabinetim iOS üçün Android üçün

Yüklə Yüklə
"İnnovasiya" nə deməkdir?

Tahir Qurbanov

Biznesin davamlılığının idarə edilməsi üzrə mütəxəssis və InnoLeague komandasının üzvü

Texnologiya və robotlaşma prosesi dövründə yaradıcılıq insana ilham verən, yeni həll yollarını tapmağa və problemlərə fürsət kimi yanaşaraq yaradıcı davranmağa kömək edən düşüncə tərzidir.

İnnovasiya radikal və artan olmaqla, özünü 2 formada biruzə verir. Köklü dəyişikliklərlə müşayiət olunan məqamlar radikal innovasiyaya aiddir. Təqdim edilən məhsul, xidmət və ya ideya ilə bağlı xırda dəyişikliklər nəzərdə tutulursa, bu, artan innovasiyadır.

Yeni məlumatların məzmunu ilə tanış olmaq və öyrənmək, kommunikasiya qurmaq, komfort zonadan çıxaraq riskə getmək, məsələlərə fərqli baxış bucağından baxmaq yaradıcı insanlara xas olan xüsusiyyətlərdir.