Количество материалов:
MND - Mobil Nömrələrin Daşınması deməkdir. Bu xidmət vasitəsilə abunəçilər nömrələrini dəyişmədən şəbəkə provayderlərini dəyişə bilərlər. Xidmətin mərkəzində rahatlıq dayanır. İstifadəçilər öz nömrələrini dəyişmədən digər mobil şəbəkə operatorunun ən sərfəli zəng və internet tariflərindən, xüsusi güzəştlərindən yararlana bilərlər.
Azercell ölkənin ən böyük və ən innovativ mobil xidmət provayderidir. Azercell müştəriləri aşağıda qeyd olunan və ölkədə ilk dəfə tətbiq edilmiş üstünlüklərdən daim yararlanmaqla ən rahat xidmət əldə edirlər:
Mobil nömrəni Azercell şəbəkəsinə daşımaq ücün şəxsiyyət vəsiqənlə Müştəri Xidmətləri, Azercell Ekspres ofislərinə və ya rəsmi dilerlərə yaxınlaşa bilərsən. Müraciət əsasında sənə SIM-kart təqdim ediləcək.
Bəli, MND xidməti vasitəsilə abunəçilər provayderləri dəyişərkən belə abunəçilər öz köhnə nömrələrini saxlaya bilirlər.
Müraciətlə bağlı başqa bir problem yaranmadığı təqdirdə ümumi proses 3 iş günü ərzində həyata keçirilir.
MND zamanı aşağıdakı tələblərə riayət olunmaıdır:
Abunəçi hər 90 gündən bir operatorları dəyişmək hüququna malikdir
Müraciətin edilməsindən sonra 24 saat ərzində müvafiq sənədləri təqdim etməklə nömrələrin daşınması sorğusunu ləğv etmək mümkündür.